Gömrükdə əməliyyat - 4400 ədəd siqaret aşkarlandı

img

10-02-2017 [10:35]


Aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" Gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 240" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətinə bəyan edilməyən, aksiz markası ilə markalanmayan 4400 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA