Gömrükdə əməliyyat - 8 min “Parliament”, 10 min “Marlboro” götürüldü

img

04-02-2017 [16:57]


Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

DGK-nın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən idarənin "Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito 109 CDİ ” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı "Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd "Parliament” markalı, 9600 ədəd "Marlboro” markalı olmaqla, cəmi 88000 ədəd siqaretlər aşkar olunaraq götürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA