Rövşən Lənkəranskiyə bağlı olan dəstə həbsdən çıxdı - Adlar + FOTO

img

03-02-2017 [13:23]


Rusiyanın Nijni Taqil şəhər məhkəməsində Rövşən Lənkəranskiyə yaxınlığı ilə seçilən azərbaycanlı dəstə üzvləri barədə qərar qəbul edilib.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, dəstənin 4 əsas üzvü haqqında seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib. 

Məhkəmə Xıdır Q., İlkin A., Orxan M. və Telman V.ni ev dustaqlığına məhkum edib. Digər dəstə üzvləri isə sərbəst buraxılıb.

30 nəfərdən ibarət dəstə üzvləri keçən il avqustun 4-də həbs ediliblər. Onlar şəhərin mərkəzindəki restoranların birində "sxodka” zamanı saxlanılıblar. Dəstə üzvlərinə qarşı əməliyyatda təkcə polislər yox, yerli OMON da iştirak edib.

Məlumata görə, dəstə üzvləri yerli iş adamlarına haqq qoyaraq onlardan mütəmadi və özü də külli miqdarda pul alırmışlar. Hədə-qorxunu zamanı isə qanuni oğru Rövşən Lənkəranskinin adından istifadə edirmişlər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA