Milli Məclisdə kütləvi aksiya məsələsi narazılığa səbəb oldu

img

08-06-2010 [12:10]


Bu gün Milli Məclisin növbədənkənar iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ilə YAP icra katibinin müavini deputat Siyavuş Novruzov arasında gərginlik yaranıb. Müstəqil İnformasiya Agenliyinin xəbərinə görə, iclasda çıxış edən İqbal Ağazadə seçkiöncəsi vəziyyətlə bağlı narazılığını bildirib. İ.Ağazadə Seçki Məcəlləsinə dəyişikliklərin edilməsinin vacib olduğunu da vurğulayıb. Bundan əlavə, deputat ?Sərbəst toplaşmaq azadlığı haqqında? Qanuna əməl olunmağını, müxalifətin mitinqlərinə icazə verilmədiyini qeyd edib: ?Müxalifət partiyaları kütləvi aksiyalar keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, amma icra hakimiyyəti qanunu pozaraq hər dəfə eyni cavabı verir. Kor tutduğunu buraxmayan kimi, onlar da təkrar-təkrar eyni yeri göstərir?. Ümid Partiyası sədrinə cavab isə YAP-çı deputat Siyavuş Novruzovdan gəlib. S.Novruzov Seçki Məcəlləsinə İ.Ağazadənin istəydiyi dəyişikliklərin edilməyəcəyini bildirdi. Kütləvi aksiyalara gəlincə isə YAP-çı deputat qeyd edib ki Müxalifət üçün aksiya yeri ayrılıb onlar isə getməyiblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA