DUi Müsavatla birgə mitinqləri barədə yeni məlumat yayıb

img

03-06-2010 [03:20]


Seçki qanunvericiliyinin dəyişdirilməsi və seçki mühitinin demokratikləşdirilməsi məqsədi ilə 12 iyun 2010-cu il tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçılarının təqdimatında KİV-lərdə yanlışlığa yol verilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Demokratiya Uğrunda İttifaqdan (DUİ) məlumat daxil olub. Verilən məlumata görə, DUİ Mitinq Komitəsi olaraq bildirirlər ki, qeyd olunan tarixdə mitinqin keçirilməsi DUİ və Müsavat Partiyası tərəfindən razılaşdırılmış və kütləvi aksiyanın keçirilməsi üçün müvafiq yerin ayrılması ilə bağlı Bakı şəhər icra hakimiyyətinə 01 iyun 2010-cu il tarixdə göndərilmiş müraciət hər iki tərəfdən 2 nəfər olaqla birgə imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA