47 yaşlı qadın özünü binadan atdı - Bakıda

img

31-01-2017 [19:41]


Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

Hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.(SalamNews)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA