ADP idarə Heyətinin növbəti iclası keçirilib

img

07-06-2010 [03:41]


Bu gün ADP sədri Sərdar Jəlaloğlunun sədrliyi ilə partiyanın İdarə Heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ötən həftə ərzində baş vermiş və ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. İdarə Heyətində Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına İsrail hərbiçilərinin hərbi müdaxiləsindən sonra yaranmış vəziyyət bir daha müzakirə predmeti olub. Müzakirələrdə Qəzza ilə bağlı İsralin tutduğu mövqe, bu bölgənin İsrail tərəfindən blokadada saxlanılması vaxtilə faşistlərin yəhudilərə qarşı tutduğu mövqe kimi qiymətləndirilib. İdarə Heyəti Qəzzanın İsrail tərəfindən blokadasının götürülməsini tələb edib, eyni zamanda uzun illərdir BMT-nin Qəzzada Fələstin dövlətinin yaradılması ilə bağlı qərarının yerinə yetirilməsinə imkan verməməsini qətiyyətlə pisləyib. İdarə Heyəti həmçinin BMT-ni Qəzza bölgəsində Fələstin dövlətinin yaradılması ilə bağlı açıq mövqe ortaya qoymağa çağırıb. İdarə Heyəti İsrailin humanitar yardım karvanına hərbi müdaxiləsi zamanı öldürülən dinj insanlar arasında türklərin üstünlük təşkil etməsini İsraitlin Türkiyəyə qarşı düşmənçilik siyasətinin əlaməti kimi dəyərləndirib və bu faktı qətiyyətlə pisləyib. Eyni zamanda beynəlxalq ijtimaiyyətdən bu məsələyə adekat reaksiya verilməsi tələb olunub. İdarə Heyəti bütün dünya ijtimaiyyətinə çağırış edərək bildirib ki, qəlbində insani hiss və vijdanı olan hər bir xalq Qəzzanın düşdüyü bu vəziyyətlə barışmamalı və Qəzzanın blokadadan çıxarılması istiqamətində həmrəylik nümayiş etdirməli və Türkiyənin bu istiqamətdə atdığı addımları dəstəkləməlidir. İdarə Heyəti İsrail dövlətinin Qəzza bölgəsinə gedən humanitar gəmi karvanına hərbi hüjumunu ABŞ administrasiyasının müdafiə etməsini anlaşılmaz olduğunu bildirib. İdarə Heyəti bildirib ki, BMT-nin genosid haqqında konvensiyasına görə insanların sosial-iqtisadi vəziyyətinin ağırlaşdırılması ilə onları ölümə məhkum etmək özü genosid kimi qiymətləndirilir. Ona görə də İsrailin Qəzza bölgəsində fələstin xalqına qarşı tutduğu bu günkü mövqe genosid kimi dəyərləndirilməlidir. İdarə Heyəti bildirib ki, Amerikanın beynəlxalq hüququn bu səviyyədə kobud surətdə pozulmasına göz yumması və Qəzzada blokada şəraitində yaşayan insanlara bu jürə münasibət göstərməsi Amerikanın müdafiə etdiyi və dəstəklədiyi bəşəri və demokratiya dəyərləri ilə ziddiyət təşkil edir. İsrailin Qəzza bölgəsinə gedən humanitar gəmi karvanına hərbi hüjumundan dərhal sonra Azərbayjanın İjtimai Televiziyası yəhudilərin sifarişi ilə konsert təşkil etməsini istər mənəvi baxımdan, istərsə də bu hadisə ilə bağlı Azərbayjan dövlətinin tutduğu mövqe ilə ziddiyyət təşkil etdiyi üçün qətiyyətlə pislənilib. İdarə Heyəti ABŞ Müdafiə Naziri R.Qeytsin Bakıya səfərini müzakirə edərək bildirib ki, bu səfəri Azərbayjan-Amerika hərbi əməkdaşlığı sahəsində irəliyə doğru addım kimi və ABŞ-ın geopolitik maraqlarına javab verən bir səfər kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd edilib ki, bu jür yüksək rütbəli ABŞ rəsmilərinin Azərbayjana səfəri proqramında aşkarlığın təmin edilməməsi bəzi şübhəli məqamların olduğundan xəbər verir. İdarə Heyəti ABŞ hökumətinin Azərbayjanla bağlı siyasətini təkjə iqtidarla deyil, həmdə müxalifətlə müzakirə etmələrini daha məqsədə müvafiq olduğunu da qeyd edib. Belorus prezidenti Lukaşenkonun səfərinə toxunan idarə heyəti bu ölkənin Azərbayjanla siyasi müstəvidə deyil, yalnız qarşılıqlı faydalı iqtisadi sferada əməkdaşlıq etməsinin ölkəmizin maraqlarına javab verdiyini qeyd edib. İdarə Heyəti Azərbayjan Respublikasının Hərbi Doktrina layihəsinin Milli Məjlisə nəhayət ki, təqdim edilməsini müsbət addım kimi dəyərləndirsə də, adı çəkilən sənəddə beynəlxalq öhdəliklərdən irəli gələrək Azərbayjan ərazisində müvvəqqəti hərbi birləşmələrin yerləşdirilməsi məsələsinin əks olunmasını qəbul edilməz sayıb. İdarə Heyəti bildirib ki, istər hərbi doktrinada, istərsə də Dağlıq Qarabağ probleminin həllində ölkə ərazisində xariji hərbi qüvvələrin yerləşdirilməsinin qəti əleyhinəyik və bunu dövlət müstəqilliyimiz üçün potensial təhlükə kimi qiymətləndiririk. Müzakirələrdə eyni zamanda bildirilib ki, bu jür strateci xarakter daşıyan bir məsələnin geniş ijtimaiyyətlə, xüsusən müxalifətlə müzakirə edilməməsi bu hərbi doktrinanın uzunömürlü və ümummilli bir doktrina olajağını şübhə altına salır. Toplantıda ötən həftə ?Azadlıq? blokunun keçirdiyi aksiya da müzakirə olunub. Aksiyaya aşırı güj tətbiq edən hüquq mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini pisləyən İdarə Heyəti dinj demokratik mübarizəyə və kütləvi aksiyalara hər hansı müdaxiləni ölkə konstitusiyasına və qanunlarına zidd addım kimi qiymətləndirib. Eyni zamanda qeyd edilib ki, seçkiqabağı bir şəraitdə kütləvi aksiyalara polisin zorakı müdaxiləsi göstərir ki, qarşıdan gələn parlament seçkiləri də polisin təzyiqi ilə müşayət olunajaq. Soros fondunun Azərbayjan rəhbərliyinin dəyişdirilməsinə münasibət bildirən İdarə Heyəti qeyd edib ki, bu hadisə nəhayət ki bu qurumun öz nizamnaməsinə uyğun olaraq Azərbayjanda vətəndaş jəmiyyətinin inkişafına və açıq jəmiyyətin yaradılmasına töhfə verəjəyinə ümidləri artırıb. İdarə Heyəti daşqın bölgəsində vəziyyəti də müzakirə edib. Müzakirələrdə sel daşqınları zonalarında haqlı narazılıqları nəzərə alaraq, hökuməti həmin bölgədə insanlara dəyən maddi ziyan barədə aşkarlığı təmin etməyə və təjili bərpa işlərinə başlamağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA