Siyavuz Novruzov: ?Seçki Məcəlləsinə dəyiziklik edilə bilər?

img

09-06-2010 [11:31]


?Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilə bilər?. Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. Amma onun sözlərinə görə, bu, müxalifətin təklif etdiyi dəyişikliklər olmamalıdır. Millət vəkilinin fikrincə, Seçki Məcəlləsində Avropa qanunvericiliyində olan müddəalar öz əksini tapıb. Siyavuş Novruzov bildirib ki, seçkilərdə namizədliyin qeydə alınması, müşahidəçilik missiyası və digər məsələlərlə əlaqədar Seçki Məcəlləsində olan müddəalar tam mütərəqqidir. Siyasi partiyalar, QHT-lər, müstəqil şəxslər istənilən halda seçkiləri müşahidə edə bilərlər. ?Sərbəst toplaşmaq azadlığı haqqında? Qanunun tətbiqinə gəlincə YAP icra katibinin müavini vurğulayıb ki, Bakı Şəhər İcra Hakimiyyəti bunun üçün müvafiq yerlər ayırıb. Hər hansı siyasi partiya həmin yerlərdə sərbəst toplaşmaq hüququndan istifadə edə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA