Nazirlik hüquqi və fiziki şəxslərə cərimə yağdırdı - Rəsmi məlumat

img

31-01-2017 [11:22]


2016-cı il ərzində hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitinin çirkləndirilməsi ilə bağlı yol verilən qanun pozuntularına görə 2215 akt və 794 protokol tərtib olunub. 

Aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 641 müddətli "məcburi göstəriş” verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, ümumilikdə 773 iş üzrə təqsirkarlar 883 730 manat məbləğində inzibati qaydada cərimə olunub.

Ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778,69 manat məbləğində ödəmə tətbiq edilib. 

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 425 işdən 232-nə, icra qruplarına göndərilən 434 işdən 215-nə, məhkəmələrə göndərilən 191 işdən 56-na baxılıb. Qalan işlər isə hazırda icraatdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA