"Yalnız çörək qazanmaq barədə düşünərək yorulmadan çalışırlar" - Qubad İbadoğlu Rusiyadakı soydaşlarımızdan danışdı

img

28-01-2017 [13:37]


"Rusiyda yaşayan Azərbaycanlıları "otxod" adı ilə dəyərsizləşdirmək böyük səhvdir".

Bu fikirlərin mia.az-a açıqlamasında tanınmış iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, elmi və işgüzar səfəriylə əlaqədar Moskvada olduğu bir neçə gün ərzində bura çörək dalınca gələn Azərbaycanlılarla da təmasa vaxt ayırıb: "Onlar arasında müxtəlif qrupun təmsilçiləri, tələbələr, iş adamları, ticarətçılər, xidmət bölməsində müxtəlif işlərə qulluq edənlər var idi. Hər biri öz sahəsi üzrə min cür zəhmətə qatlaşaraq demək olar ki, səhərdən axşama, hətta bəziləri gecələr işləyirlər. Onların böyük əskəriyyəti Azərbaycanda baş verənləri yaxından izləyir, vətənə dönüşlərini həsrətlə gözləyirlər. Sadəcə ölkədəki duruma bələd olduqlarına görə fürsət axtarırlar. Yerli əhali onlar qədər çalışsaydı, yəqin ki, Rusiya iqtisadiyyatı xeyli güclü ola bilərdi. Onlar vergi ödəyiciləri kimi Rusyanın büdcəsinə xeyli töhfə verirlər. Onları ucdantutma "otxod" adı ilə dəyərsizləşdirmək nəinki parlament üzvünə heç sıravi vətəndaşa belə yaraşmaz. Onların çoxu həqiqətən də ölkəmizi layiqincə təmsil edir və yalnız çörək qazanmaq barədə düşünərək yorulmadan çalışırlar. Xüsusilə də belə sərt hava şəraitində və çətin şərtlər altında fəaliyyət göstərib, başqa ölkədə məcburən yaşayan həmvətənlərimizə sadəcə təşəkkürlər düşür. Yolları açıq olsun, qismət olsun, tezliklə, yurdlarına dönüb, ailəiləri və yaxınları ilə birlikdə azad və firavan həyat sürsünlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA