İƏT-ə üzv dövlətlərin parlament ittifaqının komitəsindən Azərbaycana - Dəstək

img

27-01-2017 [23:10]


Mali Respublikasının Bamako şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏTPİ) daimi ixtisaslaşmış komitələrinin iclasları keçirilib.

Mia.az xəbər verir ki, Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov təşkilatın siyasi məsələlər və xarici əlaqələr daimi komitəsinin iclasında iştirak ediblər.

Komitənin iclasında Milli Məclisin nümayəndə heyətinin təşəbbüsü ilə təklif edilmiş 3 qətnamə layihəsi – Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair, 1992-ci il Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasına dair, İƏTPİ, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında əməkdaşlığa dair qətnamə layihələri müzakirə edilib. Hər üç qətnamə layihəsi üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib, komitə iclasında qəbul olunub və təsdiq olunması üçün İƏTPİ Konfransının 12-ci Sessiyasına göndərilib.

Bununla da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı 1992-ci ildə Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayəti insanlığa qarşı cinayət və soyqırımı kimi bir daha tanımış oldu və üzv parlamentləri Xocalı soyqırımını tanımağa çağırdı. Habelə İttifaq "Xocalıya ədalət!” kampaniyasını dəstəklədiyini bir daha təsdiq etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA