Zakir Qaralov REAL hərəkatı ilə bağlı araşdırma başlatdı - Səbəb

img

27-01-2017 [17:06]


Azərbaycanın Baş prokuroru haqqin.az saytında dərc olunmuş "İlqar Məmmədovun əsgərləri İran tərəfə keçir” başlıqlı məqalədə əksini tapmış faktlarla bağlı təhqiqat aparılmasına dair göstəriş verib.

 Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib.

Xatırladaq ki, Eynulla Fətullayevin jurnalist araşdırmasında REAL hərəkatının nümayəndələrinin İranın Bakıdakı səfirliyinin ikinci katibi ilə görüşü və əldə olunan gizli sövdələşmələr barədə bəhs olunurdu. Yazıda deyilirdi ki, İran səfirliyinin nümayəndəsi REAL hərəkatına pul verib.

Eldar Sultanovun sözlərinə görə, təhqiqat Baş prokurorun göstərişi əsasında Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən aparılacaq. 

Təhqiqatın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA