Müdafiə Nazirliyinin əməkdaşını maşın vurdu

img

27-01-2017 [10:09]


Bu gün səhər saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində Su İdman Sarayının yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşı, 23 yaşlı müddətdən artıq xidmət edən hərbi qulluqçu Hüseynov Seymur Maşallah oğlu yolu keçmək istəyərkən qarşıdan gələn avtomobil onu vurub.

Mia.az xəbər verir ki, bu barədə SalamNews-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Yaralı hərbçi Mərkəzi Hərbi Hospitala aparılıb. İlkin müayinə zamanı S.Hüseynova kəllə-beyin travması və bədənin müxtəlif yerlərində əzilmə diaqnozu qoyulub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA