Əfv edilmiş cəbhəçi yenidən həbs olundu - Hərbi hissədən oğurluq etdiyinə görə...

img

26-01-2017 [22:07]


Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının yanvarın 25-də keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin Qum adasında yerləşən "N” saylı hərbi hissəsindən oğurluq edən şəxslər yaxalanıb.

Hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən "AzPolitika.info”ya daxil olan məlumata görə, 1968-ci ildə Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Zığ qəsəbəsində qeydiyyatda olan Vəliyev Sakit Şəkər oğlu bir qrup şəxslə əlbir olaraq, hərbi hissədən 600 m elektrik naqilini və dəmir dirəkləri oğurlayaraq, 10 DU 504 dövlət qeydiyyat nişanlı "QAZ-24” markalı avtomaşınla apararkən, polis əməkdaşları tərəfindən yaxalanıb. Hazırda Surxanı RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

İşin maraqlı tərəfi odur ki, saxlanılan şəxs – Sakit Vəliyev vaxtilə AXCP-nin fəal üzvlərindən olub və 2004-cü ildə Cinayət Məcəlləsinin 177.2.3-2, 177.2.3, 220.1, 315.2 və 66.3-cü maddələriylə həbs edilib, 2005-ci ildə isə prezident İlham Əliyevin əfv fərmanıyla azadlığa çıxıb.

Sakit Vəliyevlə saxlanılan digər şəxslərin də AXCP üzvləri olub-olmadıqları haqda hər hansı məlumat verilmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA