"Prinsipial məsələlər üzrə müddəalar və maddələr razılaşdırıldı" - Nazir müavini

img

26-01-2017 [21:25]


"Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticəsini qənaətbəxş hesab edirik. İclasda bir çox açıq qalan və prinsipial məsələlər üzrə müddəalar və maddələr razılaşdırıldı".

Bu barədə AzərTAC-a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfovun sözlərinə görə, iclasda işçi qrupun və Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşlərinin Aşqabadda keçirilməsi qərara alındı. Görüşün dəqiq tarixi barədə hələ ki, məsləhətləşmələr aparılır.

Xarici işlər nazirinin müavini ümidvar olduğunu bildirib ki, nazirlərin toplantısında qənaətbəxş nəticə əldə olunacaq. Bundan sonra isə Astanada Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA