Psixoloq ölümü ilə bağlı cinayət işi başlanıb - Ekspertizalar təyin edildi

img

26-01-2017 [10:29]


Psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı cinayət işi başlanıb.

Mia.az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

O, intihardan öncə yazdığı məktubunda hadisədə heç kimin günahı olmadığını, bunun özünün şəxsi qərarı olduğunu qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA