Özünü öldürən psixoloqun son məktubu tapıldı

img

26-01-2017 [09:58]


Psixoloq Dəyanət Rzayev intihardan öncə məktub yazıb.

Ailə üzvlərinin Lent.az-a verdiyi məlumata görə, psixoloqun cəsədini onun yaşadığı evdə anası aşkarlayıb. Belə ki, oğlu davamlı telefon zənglərinə cavab vermədiyindən qonşuluqda yaşayan anası onun evinə gəlib.

O, digər ailə üzvlərinin köməyi ilə qapını qıraraq evə girib və oğlunun cəsədini aşkarlayıb. D. Rzayev özünü kəmərlə boğaraq intihar edib.

D. Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib. Hadisə yerinə Yasamal rayon polis idarəsinin və prokurorluq orqanlarının əməkdaşları gəlib.

Onlar D. Rzayevin telefonlarını və son məktubu da araşdırma üçün götürüblər.

Qeyd edək ki, psixoloq bir müddət öncə həyat yoldaşından ayrılıb. Onun iki azyaşlı övladı qalıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA