Deputat həmkarına qəzəbləndi, təxribatda suçladı, cavab gecikmədi - Qalmaqal

img

25-01-2017 [21:20]


Bir müddət əvvəl millət vəkili Çingiz Qənizadənin "Qaçkınkom"la bağlı səsləndirdiyi korrupsiya ittihamlarına həmkarı İmamverdi İsmayılov sərt təpki verib. 

O, Çingiz Qənizadə ölkə Prezidentinin Fərmanını öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir: 

"Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərman bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edir. Bu da həmin insanların dövlətin onlara olan qayğısından daha konkret ünvanlı şəkildə istifadə etməsinə səbəb olacaq. 

Əvvəllər də uzun illər onlar bu güzəştlərə, imtiyazlara malik olublar, sadəcə həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib, müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Ancaq deputat Çingiz Qənizadə yenə də öz əvvəlki çıxışlarında olduğu kimi ölkə Prezidentinin bu sahədə  verdiyi Fərmanı öz düşüncə tərzinə uyğun olaraq, Komitədə olmayan korrupsiya hallarının qarşısının alınması kimi izah edir. 

Görünür, Çingiz Qənizadə özünəməxsus xüsusiyyətlərindən əl çəkmək istəmir. Hesablama Palatası tərəfindən Komitədə aparılan yoxlamalarda hər hansı bir qanun pozuntusu aşkar olunmayıb. Deputat Qənizadəyə tövsiyyə edərdim ki, yaxşı olardı ki, o, öz seçildiyi rayonun seçicilərinin problemləri ilə məşğul olsun. Bu cür belə fikirlər səsləndirməklə ölkəmizdə olan məcburi köçkünlər arasında çaçqınlıq yaratmaq və onlar üçün atılmış mühüm addımlara kölgə salmaq kimi əməllərindən əl çəksin".

Deputat Çingiz Qənizadə ünvanına səslənən təndiqlərə cavab olaraq Modern.az saytına danışıb.

Depuat həmkarının çıxışından təəssüfləndiyini deyib:
  
"Mən həmkarım İmamverdi İsmayılovun barəmdə etdiyi qərəzli çıxışdan təəssüflənirəm. Onunla bir məqsədə xidmət etdiyimizi düşünürdüm.

Mənim Milli Məclisdə qaçqın və  məcburi köçkünlərlə bağlı qaldırdığım məsələlər deputat həmkarlarımın bir hissəsinin də dəstəyini qazanmışdı. Zaman mənim haqlı olduğumu sübut etdi. Cənab prezidentin son fərmanı qaldırdığım məsələlərə də toxunur. Mən məsələ qaldırmışdım ki, qaçqın və məcburi  köçkünlərə ayrılan müavinətlər onların özlərinə verilsin və ödəmələr də onlar tərəfindən həyata keçirilsin. Belə olduqda, büdcə vəsaitinin mənimsənilməsi hallarının qarşısı alınır, dövlət tərəfindən ayrılan ünvanlı vəsaitlər sahiblərinə çatdırılır”.

Çingiz Qənizadə İmamverdi İsmayılova Hesablama Palatasının saytına daxil olaraq "QAÇQINKOM”la bağlı sənədləri oxumağı tövsiyyə edib. 

O həmin sənədlərin tapılmasında həmkarına yardım etməyə hazır olduğunu da vurğulayıb:
 
"İmamverdi İsmayılov qeyd edir ki,  Hesablama Palatası Qaçqınlar Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heç bir neqativ hal aşkar etməyib.
 
Mən hüquqşünas olaraq yalnız faktlara söykənmişəm. Həmkarıma tövsiyyə edərdim ki, Hesablama Palatasının saytına daxil olmaqla, son illərdə komitədə aparılmış yoxlamalar və büdcə vəsaitinin mənimsənilməsi ilə bağlı rəsmi açıqlamaları oradan oxusun. Ehtiyac varsa, ona bu qərarları tapmaqda kömək edə bilərəm.

Bir sözlə, mənim qaldırdığım məsələlər dövlətə xidmətdir, onun mənim barədə dediyi fikirlər isə  ayrı-ayrı şəxslərə xidmət edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA