Bakının mərkəzində cangüdənlər gənc rəssamı ölümcül döydülər - Şok olay

img

25-01-2017 [18:47]


Bakının mərkəzində gənc rəssam ölümcül döyülüb.
 
Mia.az Criminal.az-a istinadla xəbər verir ki, "YARAT” Müasir İncəsənət Təşkilatının üzvü, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb.
 
Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.
 
Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə apararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutub və iti götürərək kənara qoymaq istəyib. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunub və əlbəyaxa dava başlayıb. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyüblər.
 
B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunub.
 
B.Haqverdiyevin anası Yelena Haqverdiyeva bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəməyib.
 
Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqatçısı Eldar Mirzəzadə deyib ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. 

Hazırda araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA