“Tərəflər səylərimizin xeyirli olduğuna inananadək vasitəçiliyimizi davam etdirəcəyik” - Amerikalı həmsədr

img

25-01-2017 [12:22]


"Tərəflər səylərimizin xeyirli olduğuna inananadək biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün vasitəçiliyimizi davam etdirəcəyik”.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Xoqland bildirib.

"Biz beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, xüsusi ilə ərazi bütövlüyü, öz müqqədəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanan uzunmüddətli tənzimlənməyə yönəlmiş danışıqları təmin etmək üçün səylərimizi davam etdirəcəyik”, - deyə həmsdər vurğulayıb.

R.Xoqland deyib ki, münaqişənin həllində tərəflərin liderlərinin insanlara sülh və rifah gətirəcək ədalətli və davamlı tənzimlənmə üçün iradə nümayiş etdirməsi vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA