AZAL-ın xanım bələdçiləri London polisi tərəfindən saxlanıldı - Ləyaqətsiz davranışa görə

img

25-01-2017 [12:15]


Yanvarın 24-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı-London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub.

AZAL-ın mətbuat xidmətindən mia.az-a verilən məlumata görə, uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub.

Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA