Gələn il "Eurovision"a Azərbaycanlı bəstəkarın mahnısı ilə gedəcəyik

img

04-06-2010 [04:25]


Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində ardıcıl olaraq əcnəbi müəlliflərin məhsulu ilə təmsil olunması ictimaiyyətin narazılığına səbəb olub. Təşkilatçılar bu narazılığı nəzərə alaraq, gələn il müsabiqəyə yerli bəstəkarın mahnısı ilə getməyi planlaşdırıb. Bu barədə "Eurovision" yarışmasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli ANS PRESS-ə açıqlamasında məlumat verib: "Biz hər il müsabiqə elan edirik. Lakin yerli bəstəkarlardan heç kim bu müsabiqəyə öz mahnısını təqdim etmir. Bəstəkarlarımızdan mahnılar gözləyirik. Biz sizin vasitənizlə Azərbaycan bəstəkarlarına müraciət edirik ki, artıq hazırlaşsınlar. Gələn il mütləq öz mahnımızla getməyi nəzərdə tutmuşuq. Biz də təşkilatçı olaraq müsabiqədə Azərbaycan bəstəkarının mahnısının səslənməsini arzulayırıq. Ötən il də çalışdıq, ancaq bəstəkarlarımız səy göstərmədilər?, deyə A. Kərimli bildirib. Qeyd edək ki, Azərbaycanda ?Eurovision-2011? mahnı müsabiqəsinin seçimlərinə bu ilin sentyabrından start veriləcək. Sentyabrda təmsilçinin seçim mərhələsinə başlanacaq. Hələlik, bu seçimlərin hansı formada aparılacağı açıqlanmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA