Bakıda şirkətin ofisindəki seyfdən pul aparıldı

img

20-01-2017 [17:20]


Bakıda şirkətin ofisindəki seyfdən xeyli miqdarda pul oğurlanıb.

Report-un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Məhərrəm Süleymanova məxsus Salamzadə küçəsi 38 A ünvanında yerləşən KMSL Məhdud Məsuliyyəti Cəmiyyətə məxsus ofisin pəncərəsinin şüşələrini sıdıraraq içəri daxil olublar. Oradakı seyfdən açar seçmə yolu ilə 1 000 manat və 1 000 ABŞ dolları pul oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA