Xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edən azərbaycanlı - Ölkəyə buraxılmayacaq

img

19-01-2017 [12:15]


"Xaricdə terrorçuluqla məşğul olan Azərbaycan vətəndaşları avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar”.

Bunu jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, "Dini ekstremizm haqqında" qanuna və referendumla Konstitusiyaya edilən dəyişikliklərə əsasən, Azərbaycandan kənarda qeyri-qanuni silahlı birləşmələrdə, terror qruplarında iştirak edən şəxslərin ölkəyə girişi qadağan edilib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, həmin şəxslər avtomatik olaraq vətəndaşlığı itirmiş sayılırlar: "Əgər bir adam öz ölkəsində deyil, xaricdə hansısa qeyri-qanuni silahlı dəstədə iştirak edirsə, terrorla məşğul olursa, cinayətlər törədirsə, həmin adam ölkəyə buraxılmır. Bu da qanuni bir addımdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA