Nazir Əbülfəs Qarayev qətərli həmkarı ilə görüzüb

img

03-06-2010 [11:37]


Qətərdə iyunun 1-dən başlayan Azərbaycan mədəniyyət günləri davam edir. Qətərdə səfərdə olan Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qətərli həmkarı Həməd bin Abd əl-Aziz əl-Kavari ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələr müzakirə olunub. Azərbaycan mədəniyyət günləri çərçivəsində Azərbaycanın Qətərdəki səfirliyi adından rəsmi ziyafət verilib. Qətər rəsmilərinin, xarici ölkələrin diplomatik nümayəndələrinin iştirak etdiyi ziyafətdə çıxış edən səfir Eldar Səlimov iki ölkə arasında əlaqələrin son illər sürətlə inkişaf etdiyindən, bu əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolundan danışıb. Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə kiçik konsert olub. Həmin gün Qətərdə Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı olub. Açılış mərasimindən sonra Azərbaycan musiqi sənətinin incisi sayılan ?Leyli və Məcnun? operası təqdim olub. Bu gün paytaxt Dohada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert olacaq. Mədəniyyət günləri iyunun 4-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA