Ofeliya Aslanla vida mərasimi keçirilib

img

19-05-2010 [05:58]


Bu gün tanınmış aktrisa Ofeliya Aslanla vida mərasimi keçirilib. Aktrisa Yasamaldakı köhnə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Musiqili Komediya Teatrının aktrisası olan Ofeliya Aslan dünən saat 16 radələrində 71 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Oğlu Eldar Aslanın ANS-ə verdiyi məlumata görə, keçən il bir müddət xəstəxanada müalicə alan xalq artisti bir ilə yaxındır ki, ürəyindən əziyyət çəkirmiş. Aktrisanın xalq artisti Səyavuş Aslanla evliliyindən iki oğlu olsa da, ailə həyatı uğurlu alınmamışdı. Sənətkarlar uzun illər bir evdə, lakin ayrı yaşayıblar. Qeyd edək ki, Ofeliya Aslan yaddaqalan obrazlarla tamaşaçı məhəbbətini qazanan aktrisalardan olub. İlk rolu isə "Durna" komediyasında "Lalə" obrazı olub. Bundan sonra aktrisa "Telli", "Çarleston" kimi obrazlar yaradıb. [b]Allah rəhmət eləsin![/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA