Son illərdə elektron medianın inkişaf etməsi və yeni media təsisatlarının artması oxucuların və tamaşaçıların bu sektora yönəlməsinə səbəb olub.
Bəs görəsən, bu gün Azərbaycanda elektron medianın və-ziyyəti necədir? Bu sektorun hansı nailiyyətləri və hansı problemləri var.
Mövzu ilə bağlı fikirlərini "Reytinq"lə bölüşən Bakıpost.az saytının baş redaktoru Elçin Zahiroğlu elekt-ron medianın insanların gündəlik həyatının bir parçası olduğunu bildirib.
Onun sözlərinə görə, iqtisadi proseslər, dünyada baş verən geosiyasi gəlişmələr, terror hadisələri və başqa məqamlar insanları sosial mediadan az qala asılı vəziyyətə gətirib:
"Artıq hər kəs bilir ki, televiziyalar, radiolar istehsal etmir, onların efiri az qala başqa ölkələrin materialla-rı ilə doldurulur. İndi hər kəs informasiya axtarışındadır: hər dəqiqə nələrinsə baş verəcəyini gözləyir. Manatın devalvasiyası, iqtisadi tənəzzül prosesi insanların mediaya, informasiyaya həssaslığını bir qədər də artırıb. Çünki ölkədə baş verən bu proseslər bir başa onların həyatı, dolanışığı və gələcəyi ilə bağlıdır. Elə buna görədir ki, vaxtilə ən az oxunan iqtisadiyyat xəbərləri idi ən çox tirajlananlar sırasındadır. Əlbəttə, ölkədə internet problemi, mobil operatorların keyfiyyətsiz xidmətləri insanların infomasiya əldə etməsinə müəyyən maneələr yaradır. Bu baxımdan bölgələrdə vəziyyət acınacaqlıdır. Amma buna bax-mayaraq, insanlar ciddi xəbər oxucusuna çevrilir".
E.Zahiroğlu elektron media ilə bağlı başqa məsələyə də toxunub. O, internet mediaya maliyyə yardımı-nın ayrılmasının vacibliyni vurğulayıb. Onun sözlərinə görə, deyilənlər reallaşarsa, elektron KİV üçün yeni səhifə açılar:
"Məlumdur ki, ictimai fikrin formalaşmasında, cəmiyyətin maariflənməsində, xəbər istehsalında saytla-rın rolu ənənəvi mediadan dəfələrlə çoxdur və bu proses getdikcə sürətlənir. Ona görə də KİV-ə dəstək deyilən bir mexanizm varsa, burada mütləq saytlar da iştirak etməlidir.
Məlum olduğu kimi, media ən az gəlir əldə edən sahələrdən biridir. Ona görə də bu sahəyə ayrılan və-saitin həm də elektron KİV-ə yönəldilməsi artıq günün tələbinə çevrilib. Fikrimcə, bu layihə reallaşsa, mediada dərhal irəliləyişlər müşahidə olunacaq".
O ki qaldı vəsaitdən necə istifadəyə, baş redaktor deyib ki, o baxır ayrılan pulun məbləğinə:
"İndiki halda deyə bilərəm ki, məhz maliyyə azlığı üzündən xeyli çatışmazlıqlarımız var. Bir neçə layihəmiz var ki, onun reallaşması məhz maliyyədən asılıdır. Eyni zamanda, saytın təhlükəsizlik sistemi və bir çox texniki məsələlərin həlli də çox vacibdir. Əgər KİV-ə Dəstək Fondu bizə maliyyə yardımı edərsə, yəqin ki, ilk olaraq, bu cür problemlərimizi həll edəcəyik".
Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli isə əməkdaşımızla söhbətində deyib ki, dünyada gedən elmi-texniki tərəqqinin inkişafı özünü daha çox informasiya texnologiyaları sahəsində göstərməkdədir.
Onun sözlərinə görə, bura internetə çıxış imkanlarının artmasını da əlavə etsək, onda hər bir insanın maneəsiz olaraq dünyaya çıxış imkanı təmin olunar:
"Sadalanan faktorlar elektron medianın inkişafı üçün də münbit şərait yaradır. Ölkəmizdə elektron me-dianın yaranma tarixi qısa olsa da, tam məsuliyyətlə demək olar ki, bu nümunə klassik medianı çox üstələyib. Xüsusilə də, informasiyanın operativ şəkildə əldə olunması, emal edilərək oxucuya çatdırılması baxımından klassik media nümunəsi olan qəzet və jurnallar bu sarıdan elektron mediadan çox geri qalır.
Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkədə minlərlə elektron informasiya portalları qeydiyyat-dan keçərək fəaliyyətə başlayıb. Biz onların hamısını professional jurnalistika fəaliyyətilə məşğul olan KİV nümunəsi kimi qəbul edə bilmərik. Ancaq qeydiyyatdan keçmək, fəaliyyətə başlamaq kimi prosedurların çox sadə olması ölkəmizdə elektron medianın vəziyyətinin bir seqmentinin qənaətbəxş olduğuna dəlalət edir. Yaxşı olardı ki, ölkədə ictimai şüura təsir edə bilən elektron KİV-lər üçün reklam baza-rının yaradılması da stimullaşdırılsın və ya bu sahənin inkişafı üçün başqa mexanizmlər fikirləşsinlər. Bur-da qəzetlərə göstərilən dövlət dəstəyi modelindən də istifadə etmək olar".
Müsahibimiz onu da nəzərə çatdırıb ki, ölkədə internet imkanları elektron medianı izləmək üçün qəna-ətbəxş deyil:
"Biz saytların işlədilməsi üçün redaksiyalarımızı ən yüksək sürətli internetlə təmin etsək də, tez-tez internetin verilməsində problemlər yaranır ki, bu da elektron media üçün ciddi maneədir. Bölgələrdə internetin mövcudluğu çox yüksək səviyyədədir. Yəni ən ucqar kəndlərdə belə internetə çıxış imkanı var. Bir qalır onun texniki tərəfi olan, vəd edilən sürəti istifadəçiyə normal çatdırmaq. Bu amil təmin olunsa, deyilən media növünə vətəndaşlarımızın marağı daha da artacaq".
Ölkə.az portalının baş redaktoru Məmməd Gülməmmədov isə hesab edir ki, internet media hazırda yüksəliş dövrünü yaşayır. Onun qənaətincə, hazırda Azərbaycanda elektron media inkişaf yolunun 70 faizini keçib:
"Qalan 30 faiz sırf peşəkarlıqla bağlıdır. Saytlar var, texniki imkanlar inkişaf edib. Amma pe-şəkar kadr qıtlığı var. İnternet media televiziyadan da çətin sahədir. Burada uduzmaq an məsələsidir. Əməkdaşının ani ləngliyi sənin bir andaca oxucu itirməyinə səbəb ola bilər. Hadisə baş verən kimi ani reaksiya göstərməlisən.
Bir də "reket" problemi... Bu, internet medianın əsas problemi olaraq qalır. Xüsusilə bölgələrdə "internetdə səni biabır edəcəyik",- təhdidi ilə at oynadırlar. Yaşlı nəslin anlamında in-ternet bütün onu tanıyanların bir yerdə olduğu məkan kimi xarakterizə olunur. Əsas məsələ peşəkarla-rın əl-ələ verib bu problemi aradan qaldırmasıdır".
M.Gülməməmədov deyir ki, hazırda internet ölkənin ən ucqar yerində belə əlçatandır.
Onun fikrincə, smartfonların imkanları hər bir adama imkan verir ki, internetə girib xəbər oxuya bilsin:
"Facebook sosial şəbəkəsi də xəbərin ildırım sürətilə yayılmasında böyük rol oynayır. Bir anda xəbəri milyonlara çatdırmaq olur. İndi rəqabət aparmaq üçün texnikanın bütün imkanlarından istifadə etməlisən. Mobil tətbiqlər yaratmalısan, sosial şəbəkələrlə işləməlisən. Yəni indi biraz gözüaçıq olan, xəbərdə hamını qabaqlayır. Təbii ki, xəbərin dəqiqliyi burada əsas rol oynamalıdır. Xəbər birinci məndə getsin deyə özünü yandırmamalısan. İndi oxucu ayılıb. Hər şeyi xəbər kimi təqdim eləmək olmur".
Müstəqil İnformasiya Agenliyinin (Mia.az) redaktoru Zaur Əhməd də həmkarlarının fikirlərini bölüşüb.
Redaktor bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi elektron mediada da kifayət qədər problemlər var.
Onun sözlərinə görə, problemlərlə yanaşı, müəyyən qədər inkişafa da nail olunub:
"Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanda kifayət qədər istedadlı, bacarıqlı və peşəkar jurna-listlər var. Bu peşəkar kadrlar uzun illər çap mediasında çalışıblar və həmin sahədə ən yüksək nəticələr əldə ediblər. Bir neçə il öncə Azərbaycanda elektron media inkişaf etməyə başlayanda həmin kadrlar bu sferaya tarnsfer olundular.
Əslində, çap mediasında çalışan həmkarlarımın elektron mediaya adaptasiyası elə də ağır proses olmadı. Yeni texnologiya ilə tanış olan və onu mənimsəyəndən sonra elektron mediada peşəkarlığın səviyyəsi artdı. Hazırda elektron mediada peşəkarlıq probleminin olduğunu düşünmürəm.
Təbii ki, bunu hamıya şamil etmək olmaz. Çünki bu sahədə olan boşluq və sərbəstlik media ilə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslərin də sayt rəhbəri olmasına gətirib çıxardı. Amma öl-kənin ictimai-siyasi həyatında yeri və rolu olan, ictimai rəyə təsiri edən saytlarımız da az deyil. Həmin media qurumlarında peşəkarlıq özününü büruzə verir.
Təbii ki, bəzən peşəkar həmkarlarımız da, elə içi biz qarışıq İP arxasınca qaçır və bu zaman peşəkarlıqdan uzaqlaşırıq. Amma ümumi götürdükdə elekt-ron medianın problemləri sırasında peşəkarlıq ən sonuncu yerdə dayanır".
Z.Əhməd ölkə mediasında əsas problemlərdən birini reklam bazarının olmaması ilə əlaqələndirib. Onun sözlərinə görə, bu gün elektron medianın maliyyə problemləri onların daha keyfiyyətli məhsul istehsal etməsinə mane olur:
"Yazılı mətbuatda olduğu kimi, elektron mediada da maddi problemlər ön sıradadır. İqtisadi asılılıq me-dianın əsas funksiyasını yerinə yetirməyə imkan vermir. Bu görə də öncə bu məsələ həll olunmalıdır. Məlum olduğu kimi, artıq bu məsələ ilə bağlı müəyyən təkliflər var. Hətta Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisdə də elektron medianın maliyyələşdirilməsi məsələsini qaldırıb.
Hesab edirəm ki, bu proses şəffaf və ədalətli həyata keçirilərsə, müsbət nəticələr əldə etmək olar. Çünki hazırkı şəraitdə eletron medianın əhəmiyyəti böyükdür. Həm yerli ictimaiyyətin düzgün məlumatlandırılması və yönləndirilməsi, həm də dünya arenasına daha rahat və keyfiyyətli informasiya siyasəti ilə çıxmaq baxı-mından elektron medianın imkanları böyükdür".
Redaktor hazırda ölkədəki İKT imkanlarının yetərsiz oluğunu da vurğulayıb.
Qeyd edib ki, bu sahədə müəyyən işlər görülsə də, çatışmazlıqlar da var.
"Son illər Azərbaycanda İKT-nin inkişafı ilə bağlı xeyli iş görülüb. O cümlədən milyonlarla manat vəsait xərclənib. Amma təəssüf ki, bu qədər vəsaitin qarşılığın-da hələ də ölkədə internet problemi var. Nəinki bölgələrdə, hətta paytaxt Bakıda da lazımi səviyyədə internet xidməti yoxdur. Dövlət provayderlərindən tutmuş, ən kiçik özəl provayderə qədər hamısında problemlər olur.
Sözsüz ki, internet üzərində fəaliyyət gstərən elektron media bu problemlərdən zərər görür. Belə ki, internetdəki qırılmalar, sürətin azalması xəbər yayımının operativliyini əngəlləyir. Eyni za-manda, Azərbaycandakı server xidmətləri də olduqca aşağıdır.
Təhlükəsizliklə bağlı problemlərimiz də narahatedci səviyyədədir. Bu səbəbdən də elektron medianın fəaliyyətinin daha da gücləndirilməsi üçün texniki imkanlar inkişaf etdirilməlidir",- deyə Z.Əhməd fikrini tamamlayıb.
Mia.az