Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı

img

14-11-2025 [12:50]


Hazırda istintaq altında olan iş adamı Adnan Əhmədzadənin cinayət işində diqqətçəkən məqamlar üzə çıxıb.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, Adnan Əhmədzadənin şirkətlərindən biri üzərindən sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə davamlı pul köçürmələri üzə çıxıb.

Bildirilir ki, Adnan Əhmədzadə bu köçürmələrə Ramiz Mehdiyevin PA rəhbəri olduğu zamandan start verildiyini deyib.

Bununla belə Adnan Əhmədzadə əlavə edib ki, Ramiz Mehdiyev PA-dan kənarlaşdırılandan sonra ona bu əməliyyatı dayandırması barədə yuxarıdan hər hansı bir bildiriş gəlməyib.

“Ona görə də pulköçürmə əməliyyatı son zamanlara qədər davam edib” deyə Əhmədzadə bildirib.

Mənbəmiz ümumilikdə köçürülən  məbləğin 70-80 milyon ABŞ dolları civarında olduğunu vurğulayıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA