5 ay əvvəl meyiti tapılan qadını atası yox, bacısının əri öldürübmüş

img

16-01-2017 [14:05]


Salyanda 5 ay əvvəl qətlə yetirilmiş qadının atası tərəfindən deyil, bacısının həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olub.

Virualaz.org saytının Şirvan bürosu xatırladır ki, ötən il avqustun 21-dən 22-nə keçən gecə Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsində yaşayan 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdə tapılmışdı. Hadisədən 3 gün sonra qadının atası - 62 yaşlı Eldar Əliheydər oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılmışdı. Onun qızını şəxsi münasibətlər zəminində iplə boğaraq qətlə yetirdiyi deyilirdi.

Amma sonradan rayon hüquq-mühafizə orqanalrı əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə meyiti tapılan qadının atası yox, bacısının əri, 1980-cı ildə anadan olmuş Əhədov Anar Məmmədağa oğlu tərəfindən şəxsi münasibətlər zəmnində boğularaq öldürüldüyü məlum olub və o şübhəli şəxs qismində saxlanılıb.

Qızını qətlə yetirməkdə şübhəli bilənərək 5 ay əvvəl saxlanılmış Eldar Qurbanovun isə Salyan Rayon Prokurorluğunda davam etdirilən istintaqın nəticələrindən asılı olaraq yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA