AMiP rəhbərliyi ATƏT-in Bakı Ofisinin nümayəndəsi ilə görüzüblər

img

02-06-2010 [11:28]


AMİP funksionerlərinin ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri xanım Jaklin Karpenter ilə görüşü olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə əsasən ölkədəki mövcud durum, parlament seçkiləri və demokratikləşmə prosesinin gedişi müzakirə edilib. AMİP rəhbərliyi ATƏT təmsilçisinin diqqətinə partiyanın seçkilərə münasibətini, yaranmış vəziyyətlə bağlı təkliflərini çatdırmış və vurğulanmışdır ki, Azərbaycanda hərtərəfli inkişafın əldə olunması keçiriləcək parlament seçkilərindən bilavasitə asılıdır. O da bildirilib ki, beynəlxalq ictimaiyyət ölkədə ədalətli və bərabər raqbətə asaslanan seçkilərin keçirilməsi üçün köməkliyini əsirgəməməli, siyasi proseslərə obyektiv yanaşmalıdır. Xanım Jaklin Karpenter isə təmsil etdiyi nüfuzlu beynəlxalq təşkilatın Azərbaycana və keçiriləcək parlament seçkilərinə böyük önəm verdiyini deyib. ATƏT təmsilçisi onu da qeyd edib ki, Avropa dəyərlərinin Avropa ölkəsi olaraq Azərbaycana tətbiqi və demokratikləşmə prosesinə təkan vermək üçün fəaliyyətlərini daha da artıracaqlar. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə AMİP Mətbuat və Təbliğat Katibi Əli Orucov, Beynəlxalq əlaqələr üzrə Katib Yusif Bağırzadə və Bələdiyyələrlə iş üzrə Katib Elşən Mustafayev iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA