ümid Partiyası "juçok" olayı ilə bağlı bəyanat verdi

img

27-05-2010 [12:35]


Ümid Partiyası ?Xural? qəzeti redaksiyasının yerləşdiyi ofisdə dinləmə qurğusu aşkar edilməsi xəbərilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda redaksiyada dinləmə qurğusu aşkar edilməsi ilə bağlı məsələdə adı hallanan partiya üzvünün aydınliq gətirməsi tələb olunub. ?Ümid Partiyası olaraq bildiririk ki, Məhəmməd Ərsoy Ümid Partiyası sədrinin müavini deyil, Ali Məclis üzvüdür və şəxslər arasında olan münasibətlərin Ümid Partiyasına heç bir bağlılığı və aidiyyəti yoxdur. Məsələ ilə əlaqədar olaraq, Ümid Partiyası rəhbərliyi tərəfindən Məhəmməd Ərsoya Daxili İşlər, Milli Təhlükəsizlik və prokurorluq orqanlarına informasiyanın araşdırılması ilə bağlı rəsmi surətdə müraciət etməyəcəyi və olaya aydınlıq gətirməyəcəyi təqdirdə partiya sıralarından xaric edilməsi haqqında məsələnin qaldırılacağı ilə bağlı xəbərdarlıq edilib? ? deyə, bəyanatda qeyd olunub. Mayın 26-sı axşam saatlarında ?Xural?ın yaydığı məlumatda qeyd olunub ki, təxminən 2 ay əvvəl qəzetin baş redaktoru Əvəz Zeynallıya Ümid Partiyası sədrinin müavini, ?Bizim Gündəm? qəzetinin baş redaktoru Məhəmməd Ərsoy tərəfindən hədiyyə edilmiş stolüstü elektron saat əməkdaşları şübhələndirdiyi üçün saata baxış keçirilib və onun içərisinə kustar üsullarla hazırlanmış dinləmə qurğusunun yerləşdirildiyi aşkarlanıb. Məlumatda o da bildirilir ki, qəzetin baş redaktoru Əvəz Zeynallı bununla bağlı mətbuatı və Daxili İşlər Nazirliyini məlumatlandırıb, həmin quruma rəsmi müraciət göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA