Avropa İttifaqı Azərbaycana pul ayıracaq - Kənd yerlərində yeni iş yerlərinin yaradılması üçün

img

11-01-2017 [20:07]


Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi qrantların ayrılması üçün ölkənin kənd ərazilərinin inkişafı üzrə təşəbbüslərlə əlaqədar ərizə qəbulu elan edib.

Bu barədə Trend Avropa Qonşuluq Siyasəti üzrə İnformasiya Mərkəzinə istinadən məlumat verir.

"Azərbaycanın kənd rayonlarında bazar iqtisadiyyatının və məşğulluğun inkişafı təşəbbüsləri” layihəsinin əsas məqsədi Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın digər bölgələrində yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafa kömək etməkdir.

Ərizə qəbulu 2017-ci il fevralın 21-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA