Məhkəmə prezidentin istefa qərarına qarşı çıxdı - Parlamentin qərarı ləğv olundu

img

10-01-2017 [10:52]


Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduro barəsində istefa qərarını qeyri-konstitusion sayıb.
 
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın "TeleSur” telekanalı məlumat verib.
 
Məlumata görə, Ali Məhkəmə parlamentdə Nikolas Maduronun istefasına dair keçirilən səsvermənin qanunsuz olduğuna dair qərar çıxarıb.
 
"Ali Məhkəmə bir daha xatırladır ki, qanunverici orqanın ölkə Konstitusiyasının çərçivəsindən kənara çıxan qərarlar qəbul etməyə  səlahiyyəti yoxdur”, məlumatda vurğulanıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA