Vasif Talıbov İranın Naxçıvandakı Baş Konsulluğuna getdi - Rəfsəncaninin vəfatı ilə bağlı

img

09-01-2017 [20:59]


Xəbər verildiyi kimi, İran İslam Respublikasının dördüncü Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci il yanvarın 8-də vəfat edib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğuna gəlib, görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, Ali Məclisin Sədri Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbərini kədərlə qarşıladığını bildirib. Ali Məclisin Sədri Azərbaycan-İran əlaqələrinin əsasının ümummilli lider Heydər Əliyev və görkəmli dövlət xadimi Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən qoyulduğunu qeyd edib, Naxçıvan Muxtar Respublikasının ağır dövründə Əli Əkbər Haşimi Rəfsəncaninin xidmətlərini diqqətə çatdırıb.

İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom Əli Əkbər Haşimi Rəfsəncaninin İran İslam Respublikasının inkişafı sahəsində gördüyü işlərdən danışıb, göstərilən diqqətə görə minnətdarlıq edib.

Sonra Qurani-Kərimdən ayələr oxunub.

Ali Məclisin Sədri baş konsulluqda Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar açılan xatirə dəftərini yazıb, İran dövlətinə və xalqına başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA