"Bir az abrın, həyan olsun” - Sabiq deputatla hüquqşunas arasında qalmaqal

img

09-01-2017 [14:45]


Sabiq deputat Etibar Hüseynovla tanınmış hüquqşunas Aslan İsmayılov arasında qalmaqal yaranıb.

Hər iki şəxs facebook səhifəsində bir-birlərinə təhqir dolu ifadələr yazıblar.

Etibar Hüseynov Aslan İsmayılov haqqında deyib:

"Bircə onu bilirəm ki, indi bir başqası ermənidən pul alıb onun hüquqlarını müdafiə etsəydi, həmən bu Aslan İsmayılov o dığ-dığ səsiylə zəhləmizi tökmüşdü. İl boyuda millətdən, vətəndən, qeyrətdən danışır bu cür zatdar”.

Aslan İsmayılovun Etibar Hüseynova cavabı isə belə olub:

"Adını balaca hərflərlə yazdığın insanın otağımda boynu bükülü imdad dilədiyin nə tez yaddan çıxdı? Bəs sənə pulsuz vəkillik etməyim, bəs ünvanıma dediyin təriflər? Deyəsən vəzifə söz veriblər? Ömrünü yallanmağa sərf etdin.”

Etibar Hüseynovun növbbəti cavabı isə Aslan İsmayılova belə bildirib:

"Hər sənin kimisi haqqında dediyimə görə vəzifə umsaydım indi başqa yerlərdə olardım. Ömrünü gündə birinin qoltuğunda keçirib yallannanı isə hamı tanıyır, Allaha Şükürlər olsun. O ki qaldı pulsuz vəkillik eləyən qarşısında boynu büküb imdad diləyənə,.... Bir az abrın, həyan olsun.”



unikal.org


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA