Akademik Ramiz Mehdiyev icra başçılarını və güc rəislərini niyə toplayıb? - İclas

img

09-01-2017 [12:50]


Dekabr ayının son həftəsində Prezident Administrasiyasında rayon icra başçıları, polis rəisləri, məhkəmə sədrləri və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə böyük bir toplantı keçirilib.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən toplantıda bütün icra başçılarına, o cümlədən güc struktularına konkret tapşırıqlar verilib: 

"Onların hamısını Bakıya toplayıb, konret tapşırıqlar verilib. Hamısına da öz sahələri üzrə insanlara qarşı həssas davranmaq, şikayət və problemlərə operativ yanaşmaq, hətta tez-tez birbaşa kəndlərə, hadisə yerlərinə gedərək, xalqın xidmətçiləri olduqlarını sübut etməyin vacibliyi deyilib. Hətta xəbərdarlıq edilib ki, bu tapşırıqlara əməl etməyən, narazılığı və ya problemi həll etmək əvəzinə, hərəkət və davranışları ilə daha da artıran hər bir vəzifəli şəxs kimliyindən aslı olmayaraq, cəzalandırılacaq”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA