Cavid Qurbanovla “Azərişıq” arasında - Borc davası

img

09-01-2017 [12:39]


"Azərişıq” ASC-nin tabeliyində olan "Mingəçevir REŞ” MMC (Regional Elektrik Şəbəkəsi) deputat Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Dəmir Yolları” QSC-ni məhkəməyə verib.

Mia.az xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb QSC-nin şəbəkəyə böyük məbləğdə borclu olmasıdır. Borcun dəqiq məbləği açıqlanmasa da, şikayətə artıq birinci məhkəmə instansiyasında baxıldığı bildirilir:

"İşə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Lakin qərar tərəflərin mübahisəsinə son qoymayıb. Daha doğrusu, Cavid Qurbanovun rəhbərlik etdiyi qurum məhkəmənin qərarı ilə razılaşmadığından, apellyasiya şikayəti verib”.

Məlimata görə, şikayət artıq Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: "Yanvar ayının 12-də hakim Cahangir Yusifovun sədrliyi ilə "Mingəçevir REŞ” MMC-nin  "Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə qarşı debitor borcun ödənilməsindən bəhs edən iddiası üzrə prosesə start veriləcək”. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA