Bakıda kriminal qruplaşmalar arasında atışma

img

09-01-2017 [11:12]


Bakıda silahlı insident olub. 

Mia.az report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.

Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA