Vəzifəli şəxsin qardaşı 10 kq narkotiklə tutuldu – Azərbaycanda

img

06-01-2017 [23:07]


Xəbər verdiyimiz kimi, ötən gün İsmayıllı rayon sakinləri narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.

M.Mehrəliyevin idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

AzVision.az-ın əldə etdiyi məlumata görə, Şükür Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovun qardaşıdır.

Şükür Hümbətov İsmayıllıda dəri biznesi ilə məşğul olub. Bundan əlavə onun böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahib olduğu bildirilir.

Saxlanılan Ş.Hümbətov və M.Mehrəliyev Ağdam rayonundan köçkün düşüblər.


(Fotodakı şəxs İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətovdur)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA