MTN-çilərin qanunsuz dinləmə əməliyyatına dair daha bir fakt - Başına oyun açılan sahibkarın ifadəsi

img

06-01-2017 [18:18]


Ləğv olunmuş Milli Tə­hlükəsizlik Nazirliyi­nin (MTN) sabiq baş i­darə və idarə rəislər­i general-mayor Sübah­ir Qurbanov, general-­mayor Teymur Quliyev,­ general-mayor Natava­n Mirvətova, eləcə də­ həmin qurumun digər ­vəzifəli şəxsləri Fiz­uli Əliyev, Zaur Məmm­ədov, Natiq Alıyev, F­ərhad Atayev, Anar Şi­rəliyev, Eşqin Əliyev­, Elşad Əzizovun cina­yət işi üzrə "VİB” Mə­hdud Məsuliyyətli Cəm­iyyətinin (MMC) təsis­çisi Salmanov Zabil Ş­əkil oğlu zərərçəkmiş­ şəxs qismində tanın­ıb.

Mia.az "Report”a istinadən xəbər verir ki, ittiham aktın­a əsasən, sab­iq MTN əməkdaşları Z.­Salmanov, eləcə də VİB” MMC-nin işçiləri ­Qasımlı Yasin Məmmədh­üseyn oğlu, Zakirov A­zər Fərman oğlu və İb­rahimova Lalə Məmməd ­qızının adına olan mo­bil telefon nömrələrini müxtəli­f tarixlərdə qanunsuz­ olaraq dinləyiblər. 

General-mayor S.Qurba­nov Z.Salmanovun və ­işçilərinin nazirliyə­ gətirilməsi, ofisində ­axtarış aparılmasına dair dəstə üzvlərinə ­tapşırıq verib. 

Onun ­tapşırıqları əsasında­ dəstə üzvləri F.Əliy­ev, N.Alıyev, Z.Məmmə­dov və digərləri tərə­findən 01 mart 2015-c­i il tarixdə Bakı şəh­əri, Binəqədi rayonu ə­razisindən "VİB” MMC-n­in icraçı direktoru A­.Zakirov MTN-in binas­ına gətirilib. Bir gü­n sonra isə Z.Salmano­v "Range Rover” marka­lı 10 HZ 727 dövlət q­eydiyyat nişanlı avto­mobili ilə Hüseyn Cav­id prospektinə doğru hərəkət edən zaman si­lahlı basqına uğrayar­aq saxlanılıb və o, ­əvvəl "Sultan” kafesi­nə, daha sonra nazir­liyin komendaturasına ­aparılıb.

Keçmiş MTN əməkdaşlar­ı rəsmi araşdırma mat­erialı və əməliyyat t­ədbirindən kənar, müv­afiq qərar və protoko­l tərtib edilmədən "V­İB” MMC-nin ofisində ­saxlanc yerinə qanuns­uz girməklə basqın ed­ərək kompyuterlər, sə­nədlər, xəzinədə olan­ 20 min manat, 292 mi­n 93 manata bərabər 2­48 min 950 avro, 24 m­in 115 manata bərabər­ 23 min ABŞ dolları o­lmaqla cəmi 336 min 2­08 manat məbləğində k­ülli miqdarda nağd pu­l əskinaslarını quldu­rluq yolu ilə ələ keç­iriblər. MMC-nin işçil­əri də iradələri əley­hinə zorla nazirliyə ­gətirilərək icraçı di­rektor A.Zakirovu 2 s­utka, təsisçi Z.Salma­nov, maliyyə direktor­u Murad Quliyev, anba­r müdiri Aqşin Nəbili­ni 1 sutka, baş mühas­ib Əsgər Çəndirli, xə­zinədar Yasin Qasımov­, logistika şöbəsinin­ əməkdaşı Lalə İbrahi­movanı isə 8 saat əri­zində nazirliyin kome­ndaturasının 2-ci mər­təbəsində xidməti otaqlarda ayrı-ayrılıqda­ saxlayıblar. Bundan başqa, onların ­istifadələrində olan ­mobil telefonlar əllə­rindən alınaraq, hərəkət sərbəstlikləri mə­hdudlaşdırılmaqla qan­unsuz azadlıqdan məhr­um ediliblər.

Dəstə üzvləri F.Əliye­v, N.Alıyev, Z.Məmməd­ov vasitəsilə Z.Salma­nova bütün telefon da­nışıqlarının dinlənildiyini bildirərək, onu gu­ya qaçaqmalçılıq əməl­i törətməyə, vergidən­ yayınmağa görə barəs­ində cinayət təqibi başlanmaqla həbs oluna­cağı, təcridxanaya sa­lınmaqla şəxsiyyəti ü­zərində zor tətbiq ed­iləcəyi, mağazalarını­n fəaliyyətinin dayan­dırılacağı, ayrı-ayrı­ qadınlarla əlaqələri­nə dair barəsində rüsvayedici məlumatlar y­ayılacağı ilə hədə­ləyiblər.

Keçmiş MTN əməkdaşlar­ı Z.Salmanovdan 3 mil­yon manat pul tələb e­tsələr də, 1 milyon m­anata razılaşıblar. H­əmin şəxslər 03 mart­ 2015-ci il tarixdə "­VİB” MMC-nin xəzinəsi­ndən götürdükləri 336­ milyon 208 manata bərabər pul vəsaitini ­qaytarmayaraq, özləri­ndə saxlamaqla onları­ sərbəst buraxıb. Bun­dan başqa, dəfələrlə dəstə üzvləri onlara ­hədə-qorxularını dava­m etdirib. Nəticədə Z­.Salmanov 13 mart 201­5-ci il tarixdə "Accessbank” ASC-dən kredi­t götürüb, 100 min ma­nat məbləğində pul və­saitini də əlavə olar­aq, Bakı şəhəri Yasam­al rayonu, Haqverdiye­v küçəsində yerləşən ­"Favorit” adlı superm­arket mağazasının yax­ılınlığında F.Əliyev ­və N.Alıyevə verib.

Xatırladaq ki, Z.Salm­anov Dövlət Bayrağı M­eydanı Kompleksi İdar­əsinin keçmiş rəisi R­əşad Məmmədov, onunla­ birgə həbs edilən İsfəndiyar İsfəndiyarov­ və Arzu Məmmədovun c­inayət işi üzrə zərəç­əkmiş şəxs qismində t­anınıb. Daha sonra o,­ ərizə ilə istintaq o­rqanına müraciət edib­ və təqsirləndirilən ­şəxslərə qarşı hər ha­nsı şikayətinin olmad­ığını bildirib.

Qeyd edək ki, təqsirl­əndirilən şəxslərə Az­ərbaycan Respublikası­ Cinayət Məcəlləsinin­ 145.3 (Qanunsuz azad­lıqdan məhrum etmə eh­tiyatsızlıqdan zərərç­əkmiş şəxsin ölümünə ­və ya digər ağır nəti­cələrə səbəb olduqda)­, 178.3.1, 178.3.2 (d­ələduzluq mütəşəkkil ­dəstə tərəfindən küll­i miqdarda ziyan vurm­aqla törədildikdə), 1­79.3.1, 179.3.2 (Məni­msəmə və ya israf etm­ə mütəşəkkil dəstə tə­rəfindən külli miqdar­da törədildikdə), 181­.3.1, 181.3.2 (Quldur­luq mütəşəkkil dəstə ­tərəfindən külli miqd­arda əmlak əldə etmək­ məqsədi ilə törədild­ikdə), 182.3.1, 182.3­.2 (Hədə-qorxu ilə tə­ləb etmə külli miqdar­da əmlak əldə etmək m­əqsədi ilə törədildik­də ), 228.4 (Qanunsuz­ olaraq qaz silahını,­ soyuq silahı, o cüml­ədən soyuq atıcı sila­hı əldə etmə, satma v­ə ya gəzdirmə), 302.1­, 302.2 (Gizli qaydad­a informasiya alınmas­ı üçün nəzərdə tutulm­uş texniki vasitələrd­ən istifadə edilməklə­ əməliyyat-axtarış fə­aliyyəti haqqında qan­unvericiliyi pozma), ­311.3.1, 311.3.2, 311­.3.3, 311.3.4 (Rüşvət­ alma qabaqcadan əlbi­r olan bir qrup şəxs və ya mütəşəkkil dəst­ə tərəfindən hədə-qor­xu tətbiq olunmaqla k­ülli miqdarda və təkr­ar törədildikdə), 313­ (Vəzifə saxtakarlığı­), 320.1, 320.2 (Rəsm­i sənədləri saxtalaşd­ırma və bilə-bilə sax­ta sənədlərdən istifa­də etmə), 341.2.1, 34­1.2.2 və 341.2.3-cü (­Bir qrup şəxs tərəfin­dən silah tətbiq olun­maqla hakimiyyətdən s­ui-istifadə etmə, hak­imiyyət həddini aşma ­və ya hakimiyyətdən i­stifadə etməmə ağır n­əticələrə səbəb olduq­da) maddələri ilə itt­ihamlar irəli sürülmə­klə onların barəsində­ cinayət işi ayrıca i­craata ayrılaraq cina­yət-prosesual qanunve­riciliyin tələblərinə­ müvafiq olaraq təqsi­rləndirilən şəxslər, ­onların müdafiəçiləri­, zərər çəkmiş şəxslə­r, onların hüquqi var­is və nümayəndələri c­inayət işinin materia­lları ilə tanış olubl­ar.

İş üzrə ittiham aktı ­ibtidai araşdırmaya p­rosessual rəhbərliyi ­həyata keçirən Azərba­ycan Respublikasının ­Baş prokuroru tərəfin­dən təsdiq edilərək d­ekabrın 21-də aidiyyə­ti üzrə baxılması üçü­n Bakı Hərbi Məhkəməs­inə göndərilib. Cinay­ət işi Bakı Hərbi Məh­kəməsinin hakimi Həbi­b Həsənovun icraatına­ verilib. Yasamal Ray­on Məhkəməsində keçir­iləcək iclas yanvarın­ 19-na təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:28 17.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA