"Onlar biri qadın olmaqla, 3 nəfər idi, tək-tək masalara yaxınlaşıb, vururdular" - "Reina"da sağ qalan turist

img

05-01-2017 [15:08]


İstanbulda Yeni il gecəsi "Reina” gecə klubunda olan Səudiyyə Ərəbistanı vətəndaşı Hasan Kaşıkçı klubda insanlara atəş açan terrorçuların 3 nəfər olduğunu bildirib.

"Al Arabiya” telekanalına müsahibə verən H. Kaşıkçı deyib ki, terror aktından 40 dəqiqə əvvəl həyat yoldaşı Məryəmlə  "Reina” gecə klubuna gedib.

Səudiyyə Ərəbistanının məşhur iş Adamı Adnan Kaşçıkçının qardaşı oğlu olan H. Kaşıkçı bildirib ki, gecə klubunda qəfil atəş səsləri gəlməyə başlayıb. 

H. Kaşıkçı gecə klubunda atəş açanların 3 nəfər və onlardan birinin qadın olduğunu söyləyib.

Terrorçular tək-tək masalara yaxınlaşıb, həmin masa ətrafında olanları güllələdikdən sonra digər masalara yönəliblər.

H. Kaşıkçı və həyat yoldaşı Məryəm dənizə atılaraq xilas olublar.

Səudiyyə Ərəbistanından olan başqa bir qız isə dənizə atılmaq istəyərkən güllələnib.

H. Kaşıkçı və həyat yoldaşı sudan çıxdıqdan sonra bir anbara sığınıb, dərhal Ciddədəki qardaşına zəng edib, polis tərəfindən xilas edilmələrini gözləyiblər. Səudiyyə Ərəbistanının rəsmiləri Türkiyə polisi ilə əlaqə saxlayıb, H. Kaşıkçı və həyat yoldaşının olduğu anbar barədə məlumat veriblər. H. Kaşıkçı anbarda gizlənərkən çəkdiyi bir vedeogörüntünü də paylaşıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA