"Bu, qorxu göstəricisidir” - Trampdan Türkiyə haqda açıqlama

img

04-01-2017 [16:17]


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Yeni il gecəsi İstanbulda baş verən terror hücumuna münasibət bildirib.

Meksika ilə sərhədə divar hörməkdən danışan Tramp qəflətən mövzunu İstanbul hücumu üzərinə gətirib:

"Güclü sərhədlərimiz olacaq. Bu yolla insanlar sadəcə qanuni yollarla ölkəmizə gələ biləcək. Bizim istədiyimiz kimi. Divarlardan danışdıq, Türkiyədə baş verənləri eşitdinizmi? Türkiyədə böyük bir faciə olub. Çox, çox, çox insan ölüb. Orada böyük hadisələr baş verir. Bu, qorxu göstəricisidir”.

Xatırladaq ki, İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina” gecə klubuna silahlı hücum olub. Nəticədə 27 turist olmaqla 39 nəfər həlak olub, 69 nəfər isə yaralanıb.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA