02-01-2017 [10:17]
"Rəsmi statistik məlumatlara əsasən, ötən il ərzində Azərbaycan iqtisadiyyatı 4 faizə qədər kiçildi, ərzaq inflyasiyası 15 faizi ötdü, 50 mindən çox iş yerləri bağlandı. Azərbaycan iqtisadiyyatı MDB məkanında ili tənəzüllə başa vuran Belarus və Rusiya ilə nəinki eyni siyahıda yer aldı, hətta bu qara siyahıya liderlik etdi. Beləliklə, start vəziyyəti gözlənildiyindən də xeyli pis olan 2017-ci ildən gözləntilər də nikbinlik yaratmır".
Mia.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, pis göstəricilərlə 2017-ci ilə keçid edən milli iqtisadiyyatın əsas yükünü aztəminatlı əhali və azad sahibkarlar çəkəcək:
"İlin birinci yarısı daha ağır olacaq. Bu dövrdə ərzində iqtisadi böhran büdcə böhranına da gətirib çıxaracaq. Çünki, azalan idxal, zəifləyən iqtisadi fəallıq büdcənin mədaxilinin proqnoz səviyyəsində formalaşmasına problemlər yaradacaq. Bu da xüsusilə də 1-ci rübdə büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı və pensiyaların vaxtında verilməsində ciddi çətinliklər yaradacaq.
İlin ən böyük problemi işsizlik və inflyasiya olacaq. İş yerlərinin ixtisarı 2017-ci ildə də davam edəcək. Bu il ərzində daha çox ixtisaslı işçilər işlərini itirəcəklər və bu da əmək bazarında iş yerləri uğrunda rəqabəti daha da kəskinləşdirəcək.
İnflyasiyaya gəlincə, qiymətlərə artırıcı təsir göstərən mövsümi amillər və inhisarçı şirkətlərin müraciəti əsasında bahalaşan tariflər olacaq. İl ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının yeni qərarları olacaq. Bu və digər amillərin təsiri ilə 2017-ci ildə də inflyasiya iki rəqəmli olacaq".
iqtisadçının sözlərinə görə, 2017-ci ildə maliyyə və bank sektorunun çətinlikləri davam edəcək:
"Maliyyə bazarlarına nəzarət Palatasının bankların xərclərinin artımını şərtləndirən yeni qərarlarının bu ildən icraya yönəlməsi bankların və qeyri-bank kredit təşkilatlarının manevr imkanlarını məhdudlaşdıracaq. Əldə etdiyi gəlirlərlə xərclərini tənzimləmək sahəsində problemlərlə üzləşən əmanətçilər və kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirməyən bir neçə bankın lisenziyası geri alınacaq, həm bank və həm də bank olmayan kredit təşkilatları fəaliyyətlərini dayandırmaq və birləşmək məcburiyyətində qalacaqlar".
Qubad İbadoğlunun fikrincə, il ərzində manatın dollara nəzərən məzənnəsi 3 ssenaridən birində inkişaf edə bilər. Ən yaxşı ssenaridə 1 dollara görə manatın orta məzənnəsi 2 manat 20 qəpik, orta ssenaridə 2 manat 50 qəpik, pis ssenairədə isə 2 manat 80 qəpik olacaq:
"2017-ci ildə manatın gerçək məzənnəsi formalaşmayınca, ölkəyə kapital cəlb etmək və iqtisadiyyatı sabitləşdirmək mümkün olmayacaq. Bunun üçün də iqtisadi sahədə struktur və institutsional, eləcə də dövlət idarəetməsində inzibati və məhkəmə islahatları aparılmalı, milli iqtisadiyyatın liberallaşdırılması, sağlam rəqabətin dəstəklənməsi və yerli özünü idarəetmə keyfiyyətcə yeni mərhələyə daxil olmalıdır. Gözlənilən dəyişikliklər yalnız müstəqil vətəndaş cəmiyyəti və azad mətbuatın dəstəyi ilə səmərə verə bilər. Bu da o deməkdir ki, iqtisadi reformalar siyasi islahatlarla birlikdə aparılmalıdır".
Mia.az
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək