VHP ilə ViP-in gəncləri Türkiyədə Cümhuriyyət gününü qeyd etdilər

img

29-05-2010 [01:55]


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Vətəndaş və İnkişaf Partiyasının (VİP) Tükiyənin Bursa şəhərində səfərdə olan gənclərinin təşəbbüsü və Türk Ocağı Dərnəyinin Bursa şöbəsinin təşkilatçılığı ilə 28 may İstiqlaliyyət-Cümhuriyyət Günüylə bağlı geniş geniş toplantı düzənlənib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə Türkiyədəki siyasi partiyaların təmsilçiləri, Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsi, Ülkü Ocaqlarının Bursa il rəhbərliyi, ziyalılar, eləcə də Azərbaycandan bir sıra partiyaların nümayəndələri, QHT rəhbərləri iştirak ediblər. Azərbaycan Himni ilə başlanan tətbiri Türk Ocağı Dərnəyinin Bursa şöbəsinin başqanı Əli Bahadır idarə edib. Ə.Bahadır əvvəlcə Məmməd Əmin Rəsulzadənin siyasi dünya görüşündən söz açıb, onun təkcə Azərbaycanda deyil, bütün türk dünyasıda sayqı ilə yad edilən tarixi şəxs olduğunu bildirib. Onun sözlərinə gorə, Rəsulzadənin Türk Ocaqlarının yaradilmasında da əməyi olub. Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəri Handan xanım Askeran çıxışında AXC-nin qurulma tarixi barədə geniş nitq söyləyib. O, həmçinin qardaş ölkələrin əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyəti barədə danışıb. Sonra çıxış edən siyasi partiya mənsubları Cümhuriyyət tarixindən danışmaqla yanaşı, Azərbaycan-Türkiyə əlaqələrindən bəhz ediblər. Onlar bu tipli tədbirlərin çox böyük əhəmiyyətinin olduğunu bildiriblər. Daha sonra Bursada yerləşən Ulu Dağ Universitetinin müəllimləri söz alaraq 28 may tarixinin bütün türklər üçün bayram olduğunu söylədiblər. Onların fikrincə, təkcə Türkiyə -Azərbaycan münasibətlərinin daha sıxlaşması ilə kifayətlənmək olmaz, bütün türk cümhuriyyətlərinin birliyinə nail olmaq lazımdı. Çıxış edən digər iştiraçılar da Azərbaycanin İstiqlal gününün şərəfli bir tarix olduğunu bildirdilər və belə bir günü Azərbaycandan gələn siyasi partiya təmsilçiləri ilə bir yerdə qeyd etdiklərindən məmnun qaldıqlarini qeyd ediblər. Azərbacandan olan qonaqlar isə öz növbələrində belə bir günü qeyd etmək üçün yaratdıqları şəraitə və möhtəşəmliyə görə təşkilatçəlara minnətdarlıqlarını bildiriblər. VHP-dən Samir Əsədli və Elçin Zahiroğlu, VİP-dən Ramil Hüseynov və Nurəddin Babayev, Müsavat Partiyasından Ramiz Abdulla, Demokratik İslahatlar Partiyasından Mustafa Mustafayev, Demokratik Azərbaycan naminə ictimai birliyinin rəhbəri Elməddin Behbud və başqaları geniş çıxış edərək Cümhuriyyətin qurulduğu vaxtdan indiki dönəmə qədər baş verən hadisələsri incələməyə çalışıblar. Onlar Qarabağ məsəsləsinə də geniş yer ayirıb, bu məsəslədə Türkiyənin birmənalı mövqe nümayiş etdirməsinin çox vacib olduğunu bildiriblər. Partiya nümayəndələri belə bir geniş tədbirin məhz Bursa şəhərində düzənlənmzsinin də düşmənlərə bir mesaj olduğunu, yəni bir futbol oynunun keçirilməsinin iki qardaş dövlət arasında əlaqələrin soyuması anlamani vermədiyini söyləyiblər. Daha sonra yemək süfrəsi ilə davam edən toplantıda Türk dünyasının daha sıx inteqrasiyası istiqamətində çalışan insanların və vətandaş cəmiyyəti strukturlarının fəaliyyətlərini qarşılıqlı şəkildə qurmalarının vacibliyi vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA