Müxalifət təbii fəlakətin səbəb və nəticələrini birgə müzakirə edəcək

img

24-05-2010 [02:31]


Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, DUİ SŞ 27 may 2010-cu il tarixdə saat 12.00-da KXCP-nin mənzil qərargahında "Təbii fəlakətin səbəb və nəticələri: təkliflər" mövzusunda Dəyirmi Masa keçirməyi qərara alıb. 28 may 2010-cu il tarixdə saat 14.00-da Novxanı kəndində bayram tədbirinin Müsavat Partiyası ilə birgə keçirilməsi DUİ rəhbərliyi tərəfindən qərarlaşdırılıb. KXCP, Müsavat, ADP və AXCP liderlərinin görüşü barədə müzakirələr aparan DUİ SŞ sözügedən görüşün format şəklində ictimaiyyətə təqdim olunmasını düzgün hesab etmir. DUİ SŞ qondarma "DQR" seçkilərini pisləyib, Azərbaycan hakimiyyətindən bu biabırçılığa son qoymağı, vəzifəsini yerinə yetirmək istiqamətində konkret addımlar atmasını tələb edib. Toplantıda DUİ-yə daxil olan ? Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA