“Hamınızı birliyə çağırırıq" - Milli Məclisdən bayram mesajı

img

30-12-2016 [14:05]


Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.

Müraciəti parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Müraciətdə qeyd olunub ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır: "Bu, dünya azərbaycanlılarının birliyindən asılıdır. Milli-mənəvi dəyərlərin qorunması vacibdir".

Müraciətdə vurğulanıb ki, dünya azərbaycanlıları səylərini birləşdirsələr bu, Dağlıq Qarabağla bağlı mühüm addım olar: "Hamınızı birliyə çağırırıq".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA