Bu gün ?Eurovision-2010? mahnı müsabiqəsinin finalıdır

img

29-05-2010 [11:29]


Bu gün Osloda ?Eurovision-2010? mahnı müsabiqəsinin finalıdır. Gecə saatlarında başlayacaq finalı müsabiqənin ötən ilki qalibi Aleksandr Rıbak açacaq. Finalda 25 ölkə təmsilçisi çıxış edəcək. Çıxış növbəsində ilk beşlik belədir: Azərbaycan, İspaniya, Norveç MoldovaKipr. Daha sonra Bosniya və Hersoqovina, Belçika, Serbiya, Belarus, İrlandiya, Yunaınstan, Böyük Britaniya, Gürcüstan, Türkiyə, Albaniya, İslandiya, Ukrayna, Fransa, Rumıniya, Rusiya, Ermənistan, Almaniya, Portuqaliya, İsrail təmsilçiləri səhnəyə çıxacaqlar. Final gecəsi Danimarka nümayəndəsinin çıxışı ilə yekunlaşacaq. Bukmekerlər ?Eurovision-2010?-un favoriti kimi Azərbaycanın təmsilçisi Səfurə Əlizadəni göstərirlər. Qələbəyə bir qədər az şansı olanlar isə Ermənistan, İsrail, Danimarka və Türkiyə təmsilçiləridir. Final şousunda müsabiqənin qalibi tamaşaçı və peşəkar münsiflərin səsverməsinin nəticəsi əsasında müəyyənləşəcək. Qalib ölkənin nümayəndəsi keçici mükafatı-xrustal mikrofonu özü ilə aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA