Badamdar qəsəbə Mədəniyyət evinin açılız mərasimi keçirilib

img

04-05-2010 [02:27]


Mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində bu əlamətdar hadisəyə həsr olunmuş tədbirlər planına uyğun olaraq əsaslı təmir və yenidənqurma işlərindən sonra Səbail rayonu, Badamdar qəsəbəsindəki Mədəniyyət evinin açılış mərasimi keçirilib. Rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və çoxsaylı qonaqların toplaşdığı mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Mədəniyyət evinin açılışı münasibəti ilə qəsəbə sakinlərini təbrik etmiş və bu mərasimin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər çərçivəsində keçirildiyini bildirmişdir. Qeyd olunub ki, Badamdar qəsəbəsindəki Mədəniyyət evi 1957-ci ildə inşa olunmuş və 1967-ci ildən Mədəniyyət evi kimi fəaliyyət göstərir. Burada indiyədək yalnız cari təmir işləri aparılıb, 15 ildən çox bir müddətdə həmin binada qaçqın ailələri məskunlaşdığından bura yararsız hala düşmüş və mədəniyyət evinin normal fəaliyyətində böyük problemlər yaranıb. Qeyd olunub ki, RİH-nin təşəbbüsü ilə ilk növbədə burada məskunlaşmış qaçqın ailələri üçün ?Şıx? sanatoriyasında gözəl şərait yaradılaraq onlar ora köçürülmüş, yeni layihə sənədləri əsasında yenidənqurma aparılmışdır. Ulu öndərin doğum günü ərəfəsində qəsəbə sakinləri üçün bir hədiyyə olan mədəniyyət evində tədbirlərin keçirilməsi, dərnəklərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Zalda yeni səhnə qurulmuş, 100 ədəd yeni oturacaq quraşdırılmış, binanın qapı və pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Binanın fasadına üzlük çəkilib və bəzək işləri görülüb, 800 kv. m yeni dam örtüyü vurulub, yeni istilik sistemi quraşdırılmışdır. 350 kv. m döşəmə, vurulmuş, foyeyə tamet döşənmişdir. Həyətdə yeni dekorativ hasar çəkilmiş, qazon örtüyü salınmışdır. Səbail RİH və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin daxili imkanları hesabına dərnək otaqları və xidməti kabinetlər lazımi inventarla təmin olunmuş, yeni səsgüjləndiriji aparatura quraşdırılmış, foye və otaqlarda yeni tərtibat işləri aparılmış, mədəniyyət evi hər cür lazımi avadanlıqlarla təmin olunub. Sakinlər qəsəbə Mədəniyyət evində yaradılmış şəraitə görə, öz minnətdarlıqlarını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA