"Mənliyi varsa, mənimlə üz-üzə gəlsin..." - Deputatdan hüquqşünasa sərt xəbərdarlıq

img

29-12-2016 [17:50]


"Aslan İsmayılovun cəsarəti çatırsa, mənliyi varsa, mənimlə üz-üzə gəlsin, komputerin arxasında gizlənməsin. Nə sözü varsa, üzümə desin".

Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O, hüquqşünasla arasında baş verən mübahisəyə aydınlıq gətirib.

 Onun sözlərinə görə, Aslan İsmayılov "Facebook" sosial şəbəkəsində yazıb ki, Qüdrət Həsənquliyev və Fəzail Ağamalı Vahid Əhmədov kimi xalqın qarşısına çıxa bilməz: 

"Guya bizim cəsarətimiz çatmır. Mən də ona zəng etdim ki, cəsarətin varsa, üz-üzə görüşək. O, telefonu asdı. Mən ona nə demişəm ki?! Axı niyə komputerin arxasında insanlara ləkə yaxır? Növbəti dəfə də zəng etdim, telefonu açmadı. Bir daha deyirəm ki, cəsarəti çatırsa, mənimlə üz-üzə gəlsin, debata çıxaq. O kimdi ki, ona hədə-qorxu gələm? Cəmiyyət onu tanıyır, pulgir insandır. Hər şeyin bir həddi var, bu qədər də olmaz axı, insanların şəxsiyyətinə toxunur. Özünü qəhrəmanı hesab edir?!".

Qeyd edək ki, A.İsmayılov özünün facebook səhifəsində F.Ağamalı tərəfindən telefonla hədələndiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA