BAMF sədri Əlcəzairin müvəqqəti işlər vəkili ilə görüşdü – Müzakirə + FOTOLAR

img

28-12-2016 [20:43]


Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili  Abbes Benmoussat Beynəlxalq Avrasiya Mətbuat Fondunu (BAMF) ziyarət edib.

Mia.az xəbər verir ki, Fondun sədri Umud Mirzəyevlə görüşən diplomat, Əlcəzairlə Azərbaycan arasında, xüsusi ilə, vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

U. Mirzəyev Əlcəzair-Azərbaycan əlaqələrinin vacibliyini vurğulayıb və gələcək əməkdaşlıq imkanlarına toxunub. Fondun vətəndaş cəmiyyətinin təşəkkülü, sülhü təbliğ etmə tədbirlərində iştirakı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti barədə danışan U.Mirzəyev, BAMF-ın missiyası və hədəfləri haqqında əlcəzairli diplomata geniş məlumat verib.

Görüşdə Ərəb ölkələri ilə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər müzakirə olunub.

Fondun fəaliyyətini yüksək qiymətləndirən A. Benmoussat, BAMF-la gələcəkdə əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.

1

1

1


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA